13 C
Baku
Friday, November 22, 2024

Express24 tətbiqetməsi yenilənərək təkmilləşməyə davam edir!

®Daim xidmətlərində texnoloji yeniliklərin tətbiqi və təkmilləşdirilməsinə xüsusi diqqət yetirən Expressbank, “Express24” mobil tətbiqini yeniləyərək “Statistika bölməsi”-ni əlavə edib.

“Statistika bölməsi” vasitəsi ilə Expressbank kartlarınızın müəyyən dövr üçün bütün  gəlir, xərc və cashback məlumatlarını asanlıqla izləyə bilərsiniz!

Yeni bölmədən yararlanmaq üçün iki üsul seçə bilərsiniz:

  • Tətbiqin əsas səhifəsində istədiyiniz kart üzərindən sola sürüşdürərək, “Statistika” bölməsinə daxil olaraq;
  • “Plastik Kartlar”-ı seçərək bölməsinə daxil olub, yeni səhifədə “Statistikanın göstərilməsi” bölməsini seçərək.

Sürətli və keyfiyyətli rəqəmsal tətbiq kimi müsbət rəylər alan Express24 ilə işlərinizi rahat etmək hər zaman mümkündür!

Həmçinin “Express24” mobil tətbiqi vasitəsi ilə  hesablarınızı izləyə, ödənişlər edə, kartdan karta və banka getmədən istənilən vaxt bank əməliyyatlarınızın icrasını həyata keçirə bilərsiniz.

Mobil əlavəni Google Play Market-dən (Android) və ya App Store-dan (IOS) yükləmək üçün https://www.expressbank.az/express24-app  linkinə keçid edərək, digər bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı isə Bankın rəsmi saytına https://www.expressbank.az/ daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər