21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Expressbank əhalinin özünüməşğulluq proqramına dəstəyini davam edir

Screen Shot 2021 09 02 at 14.34.20

®Expressbank-ın dəstəyi ilə biznes sahiblərinə çevrilən aztəminatlı ailələrin sayı artmağa davam edir.  Həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) özünüməşğulluğunun təşkili layihəsinə qoşulan Bank, növbəti dəfə daha 11 ailəni şəxsi biznesini qurmaq arzusuna qovuşdurdu.

Expressbank bu şəxsləri arzuladıqları biznesi yaratmaq məqsədi ilə bütün lazımi avadanlıqlarla təmənnasız təmin etməklə yanaşı, eyni zamanda müvafiq bizneslərdə uğur qazanmaları üçün çoxillik təcrübəsini paylaşmaqla dəstək olmağı öz öhdəliyinə götürdü.

Məlumat üçün qeyd edək ki, özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilir.  Layihənin məqsədi şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edərək, həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Özünüməşğulluq layihəsi çərçivəsində Expressbank ümumilikdə 36 ailəyə dəstək olaraq aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılmasına öz töhfəsini verib. 

OZM 1 OZM 2 OZM 3 OZM 4

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər