16 C
Baku
Cümə, May 20, 2022

“Expressbank” əməkdaşları “Yaşıl Marafon2022” ağacəkmə aksiyasında iştirak ediblər!

®IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü və ölkədə fəaliyyət göstərən bank əməkdaşlarının iştirakı ilə 11 aprel 2022-ci il tarixində Müşfiqabad qəsəbəsində  yerləşən 51 hektar ərazidə “Ümumrespublika Yaşıllaşdırma  Marafonu” ağacəkmə aksiyası həyata keçirilmişdir.

Hər zaman sosial və ekoloji məsuliyyət ehtiva edən layihələrdə aktiv iştirak edən Expressbank, bu dəfə isə “Yaşıl Marafon2022” aksiyasına  qoşularaq ölkəmizin yaşıllaşdırılması və təbiətinin qorunması istiqamətində olan layihəyə böyük məmnunluqla öz dəstəyini göstərmişdir. “Expressbank”ın əməkdaşları aksiyada fəal şəkildə iştirak edərək ağacəkmə prosesinə öz töhfələrini veriblər.

Son xəbərlər
Oxşar xəbərlər