14 C
Baku
Friday, May 17, 2024

Expressbank-ın 2 filialı şənbə günlərində də fəaliyyət göstərəcəklər

Expressbank-ın Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 2A və Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 ünvanlarında yerləşən “Xaçmaz” və “Mingəçevir” filiallarında altı günlük fasiləsiz iş rejimi tətbiq edilmişdir.

Filiallar şənbə günlərində saat 10:00-dan 14:00-dək fiziki şəxs olan müştərilərinə xidmət göstərəcəkdir.

Şənbə günlərində hesabların açılması, əmanət, kart, konvertasiya, kredit, pul köçürmələri və s. əməliyyatlar həyata keçiriləcəkdir.

Əlavə məlumat üçün Xaçmaz filialına (02332) 5 12 69, Mingəçevir filialına (2427) 4 06 49 və ya 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz. Bankın korporativ saytı www.expressbank.az. Bankın rəsmi facebook səhifəsi www.facebook.com/Expressbank.

Son xəbərlər
 ⁠
Digər xəbərlər