“Expressbank” ASC 2023-cü ildə 76.63 milyon manat ümumi gəlirə qarşı 12.01 milyon manat xalis mənfəət əldə edib.
Banker.az bunu bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
2022-cü ildə 66.7 milyon manat ümumi gəlir və 12.41 manat xalis mənfəət əldə etmişdi.
Bankın 2023-cü ildə 57.67 mln. manat faiz gəliri və 18.96 mln. manat qeyri-faiz gəliri əldə etdiyi halda, 15.52 mln. manat faiz xərci və 42.57 mln. manat qeyri-faiz xərci edib.
1 yanvar 2024-cü il tarixinə bankın bölüşdürülməmiş mənfəəti 12.01 mln. manat olub.
Bankın aktivləri son bir ildə 28 faiz artaraq 560.23 mln. manata, öhdəlikləri 40% artaraq 430.32 mln. manata və cəmi kapitalı isə 1% artaraq 129.91 mln. manata yüksəlib.