15 C
Baku
Monday, November 11, 2024

“Expressbank” 9 aya 9 milyon manat xalis mənfəət etdiyini açıqlayıb

“Expressbank” ASC 2024-cü ilin ilk doqquz ayı ərzində 9.18 milyon manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə bankın cari ilin 30 sentyabr 2024-cü il tarixi üzrə açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Bu da 2023-cü ildəki 9.97 milyon manatla müqayisədə 7.9% azalmadır. Bankın faiz gəlirlərində və qeyri-faiz gəlirlərində artım olmasına baxmayaraq, əməliyyat xərclərinin artması mənfəətin az fərqlə azalmasına səbəb olub.

2024-cü ilin yanvar-sentyabr dövründə bankın faiz gəlirləri 49.64 milyon manat olub ki, bu da ötən ilin eyni dövründəki 42.22 milyon manatla müqayisədə 17.6% artım deməkdir. Faiz gəlirlərinin əsas hissəsi müştərilərə verilmiş kreditlərdən formalaşıb – bu göstərici 46.19 milyon manat təşkil edib (2023-cü il: 36.31 milyon manat). Bu isə illik 27.2% artımdır.

Faiz xərclərində də 24.1% artım müşahidə olunub. 2024-cü ildə faiz xərcləri 14.09 milyon manat təşkil edib. Xüsusilə depozitlər üzrə faiz xərcləri 8.82 milyon manata yüksəlib, bu göstərici ötən il 6.96 milyon manat idi.

Xalis faiz gəliri 2024-cü ilin doqquz ayında 35.55 milyon manat olub, ötən ilin müvafiq dövründə bu rəqəm 30.87 milyon manat idi, yəni 15.2% artım əldə olunub.

Qeyri-faiz gəlirləri isə 15.29 milyon manat təşkil edib, bu isə 2023-cü ildə 14.00 milyon manat idi, burada 9.2% artım var. Qeyri-faiz xərcləri 35.38 milyon manat olmaqla illik 12.6% artım göstərib.

Beləliklə, bank cari ilin ilk doqquz ayında 15.47 milyon manat əməliyyat mənfəəti əldə edib.

Cari ildə əldə edilən xalis mənfəətin ardından bankın balans kapitalındakı bölüşdürülməmiş mənfəət 17.99 milyon manata yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər