“Expressbank”ın Kredit portfeli böyüməklə aktivlərinin müsbət yöndə artımına səbəb olub.
Banker.az xəbər verir ki, bu barədə adıçəkilən bankın yaydığı rüblük hesabatda deyilir.
Hesabata görə, “Expressbank” ASC-nin kredit portfelindəki artım tempi davamlı olaraq cari ilin yanvar-mart ayları ərzində də baş tutub. Belə ki, Bank ilin əvvəli ilə müqayisədə kredit portfelini 3 ayın sonunda 189 mln. 751 min manata çatıb. Bu artım nəinki rüblük hətta bankın tarixində belə ən yaxşı nəaliyyət kimi qeyd etmək olar. Digər müsbət göstərici isə problemli kreditlərin azalması ilə bağlıdır. Belə ki portfelin problemli hissəsi 2,9%-dən 2,6%-ə qədər azalıb. 2017-ci ildən etibarən verilmiş qalığı 43 mln. manat kreditdən yalnız 0.15%-i 90 gündən çox gecikmədədir.
Hazırda kredit portfelinin aktivlərdəki çəkisi 54%-dir. Lakin, bu ötən ilin analoji dövründə 59% idi.
Bankın aktivləri ilin əvvəli ilə müqayisədə 13%, illik isə 22% artaraq 354 mln. 709 min manata çatıb.
Bankın öhdəlikləri 210 mln. 22 min manata kimi artıb ki, bunun da 182 mln. 168 min manatı müştərilər tərəfindən cəlb edilmiş depozitlərdir. Depozit portfeli rüblük 26%, ilik isə 86% artıb. Depozit portfelinin əsas pay sahibi fiziki şəxlər tərəfindən cəlb olunmuş 86 mln. 457 min manat olan müddətli depozitlərdir.
Expressbank-ın cəmi kapitalı 144 mln. 687 min manat təşkil edir ki, bunun da 137 mln 257 min manatı nizamnamə kapitalı və 3 mln. 118 min manatı bölüşdürülməmiş mənfəətdir.
Qeyd edək ki, bank yanvar-mart ayları ərzində 7 mln. 231 min manat gəlirlə xərclərini qarşılamaqla yanaşı 749 min manat xalis mənfəətlə bitirə bilib.
Xatırladaq ki, “Expressbank” ASC-nin səhmlərinin 40% “AZENCO Group” MMC, 25% Hikmət Xammədov, 17,69% “Enerqo Servis” MMC, 17,00% Hafiz Seyidov
və 0,31%-i “Avtonəqliyyatservis” MMC-yə məxsusdur.