18 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Expressbank-a “Qarabağ Dirçəliş Fondu”-nun xüsusi sertifikatı təqdim olunub

Screen Shot 2021 09 02 at 14.34.20

®8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri arasında görüş keçirilib. Görüşdə iştirak edən Expressbank-ın İdarə Heyətinin sədri Mehman Məmmədova “Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı” təqdim edilib. Qeyd edək ki, cari ilin fevral ayında Expressbank fondun hesabına yardım  məqsədi ilə  100 000 manat məbləğində vəsait köçürüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan “Qarabağ Dirçəliş Fondu” işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Bundan öncədə Expressbank Sosial Məsuliyyət çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150.000 AZN, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 150.000 AZN və Bank əməkdaşları yanvar ayı üzrə əmək haqqlarının istəklərinə uyğun olaraq müəyyən bir hissəsini vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ailərərinə və yaralanan qazilərimizə dəstək olmaq məqsədi ilə “YAŞAT” Fonduna ianələr edib.

Expressbank gələcəkdə də dövlətçiliyimizin qüdrətlənməsi, ölkəmizin iqtisadi inkişafı və vətəndaşlarımızın iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu cür vacib layihələrin həyata keçirilməsində yaxından iştirakını davam etdirmək niyyətindədir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər