Expressbank-ın aktivləri 2014-cü il ərzində 22,5% artıb

Expressbank-ın aktivləri 1 oktyabr 2014-cü il tarixinə 285,9 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 46,5 mln. manat və ya 28,4%  artaraq 210,3 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2014-cü il tarixinə 132,0 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 50,9 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 39,5%  çoxdur.

Bankın 1 oktyabr 2014-cü il tarixinə məcmu kapitalı isə 130,7 mln. manat təşkil edib.

Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər