26 C
Baku
Saturday, July 13, 2024

“Expressbank” bu ilin 3-cü rübünü mənfəətlə başa vurdu

“Expressbank” 2020-ci ilin 9 ayını 7 milyon 426 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 25 milyon 590 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin üçüncü rübündə bankın cəmi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 587 min manar artaraq 39 milyon 590 min manat, cəmi xərcləri isə 4 milyon 838 min manat azalaraq 30 milyon 358 min manat olub. Beləliklə, bankın 9 milyon 232 min manatlıq əməliyyat mənfəəti yaranıb.

FAİZ GƏLİRLƏRİ ARTIB, FAİZ XƏRCLƏRİ AZALIB

Bu ilin yanvar-sentyabr aylarında “Expressbank”ın faiz gəlirləri 29 milyon 955 min manat (illik müqayisədə 7.3% çox), qeyri-faiz gəlirləri 9 milyon 635 min manat (13% az), faiz xərcləri 5 milyon 994 min manat (25% az), qeyri faiz xərcləri isə 24 milyon 364 min manat (11% az) olub.

BİZNES VƏ DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ ARTIB

30 sentyabr 2020-ci il tarixinə “Expressbank”ın cəmi aktivləri 304 milyon 414 min manat olub. Ötən ilin sonunda isə bankın 338 milyon 638 min manat cəmi aktivlərə malik olub. Bankın cari ilin 9 ayında müştərilərə verdiyi kreditlər isə 221 milyon 123 min manat təşkil edib ki, bunun 127 milyon 21 min manatı istehlak kreditləri, 64 milyon 61 min manatı biznes kreditləri, 30 milyon 41 min manatı daşınmaz əmlak kreditləri olub. Belə ki, biznes kreditləri 5 milyon 575 min manat və daşınmaz əmlak kreditləri isə 2 milyon 203 min manat artıb.

2020-ci ilin üçüncü rübündə bankın cəmi öhdəlikləri 182 milyon 585 min manat olub. “Expressbank”ın depozit portfeli 112 milyon 820 min manat təşkil edib. Bu ilin 9 ayı ərzində fiziki şəxslərin depozitləri 89 milyon 670 min manat, hüquqi şəxslərin depozitləri isə 23 milyon 150 min manat təşkil edib.

KAPİTALI ARTIB

9 ay ərzində “Expressbank”ın cəmi kapitalı 121 milyon 828 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 7 milyon 440 min manat və yaxud 6.5% artıb.

mz mv mvv 1

Son xəbərlər
Digər xəbərlər