Expressbank-ın bütün bank kartları İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə 3D Secure xidmətinə qoşulur. Bu xidmət həm Visa, həm də MasterCard plastik kartlarına şamil olunur.
İnternet vasitəsilə hər dəfə onlayn əməliyyat edən zaman kart sahibinə SMS vasitəsilə yeni şifrə təqdim olunur. Bu 6 rəqəmli şifrə qeyd olunmadıqda, onlayn ödəmə həyata keçmir.