20 C
Baku
Cümə, Oktyabr 22, 2021

Expressbank-dan Azərbaycan Ordusuna dəstək!

faizlere

®Mövzu vətəndirsə, gerisi təfərrüatdır! Expressbank, vətən uğrunda aparılan gərgin müharibə şəraitində ordumuza dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna  150 min. AZN vəsait köçürüb.

Azərbaycan Ordusu dövlətimizin dayağı, xalqımızın güvən yeri və qürur mənbəyidir! Hazırda Expressbank-ın əməkdaşlarının da ordumuza qoşulanlar sırasında yer alması bankın kollektivini xüsusi qürurlandırır.

Xalqımız ordumuzun gücünə inanır və yaxın günlərdə işğal altında olan torpaqlarımızı düşməndən azad edərək zəfər çalacağı və illərdir düşmən tərəfindən zəbt edilmiş Qarabağda üç rəngli bayrağımızın dalğalanacağı  günü səbirsizliklə gözləyir.

Ordumuza və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən bütün hərbiçilərimizə uğurlar arzu edirik və ən qısa zamanda zəfər qazanaraq evlərinə geri dönmələrini arzu edirik!

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər