-3 C
Baku
Sunday, December 15, 2024

Expressbank elektron arayışlar əsasında kreditlər təklif edir

Expressbank Elektron Hökümət portalına qoşularaq, müştərilərə kreditləri elektron arayışla təklif edir. Bu xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər.

Hazırda, Expressbank-ın MXD, Mərkəz, Yasamal, Neftçilər və Sumqayıt filiallarında e-arayışlardan istifadəyə start veriblər və yaxın zamanda digər filiallarda da tətbiq olunacaq.

Qeyd edək ki, Expressbank müştərilərə milli valyutada kredit təklif etməkdə davam edir. Müştərilər Expressbank filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 ay ola bilər.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər