9 C
Baku
Friday, December 13, 2024

Expressbank gənc üzvləri üçün maarifləndirici tədbir keçirib

Expressbank-da maarifləndirici layihələrin keçirilməsi artıq ənənə halını alıb. Gənc nəslin inkişafı, onların gələcək fəallığına motivasiyası bankın korporativ-sosial məsuliyyətinin əsas prinsiplərindən biridir. Məhz bu səbəbdən 1 noyabr tarixində Bakı Kitab Mərkəzində Expressbank  tərəfindən “Tələbə-könüllü proqramı”- nın gənc üzvləri üçün növbəti  “Uğurlu gələcəyə dəstək” tədbiri keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini, gənclərin faəllığını motivasiya edən kitabların müəllifi  Nadir Adilman ilə Dövlət İqtisad Universiteti və iqtisad təmayüllü təhsil ocaqlarının tələbələrinin görüşü baş tutdu. İşgüzar inkişaf yazarı gəncləri maraqlandıran aktual mövzulara toxunaraq, tələbələrin müxtəlif suallarını cavablandırdı.

Görüş zamanı 100-dən artıq tələbəyə yazıçının imzası ilə kitab və Expresso debet kartının pulsuz əldə olunması üçün kupon hədiyyə olunub, nağdsız ödənişlərin üstünlükləri barədə məlumat təqdim edildi.

Tədbirin maraqlı məqamları ilə növbəti linkdən tanış ola bilərsiniz:   https://www.youtube.com/watch?v=y9B1AV3z7hM

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər