27 C
Baku
Thursday, July 25, 2024

Expressbank ikinci rübü 6.3 mln. manat xalis mənfəətlə tamamlayıb

®Expressbank ASC 2023-cü il II rüb üzrə maliyyə nəticələrini açıqlayıb. Bank ikinci rübü 6.3 mln. manat xalis mənfəət ilə tamamlayıb. Bankın aktivləri isə 490 mln. manata çatıb.

Kredit portfelində artım

Ötən ilin sonu ilə müqayisədə Bankın kredit portfelinin həcmi 18% artaraq, 350.55 mln. manat olub. Artım həm istehlak, həm də biznes kreditlərində müşahidə edilib.

Belə ki:

  • istehlak kreditləri 10% artım ilə 175.34 mln. manat;
  • biznes kreditləri isə 9.8% artım ilə 105.19 mln. manat təşkil edib.

Faiz və qeyri-faiz gəlirləri üzrə artım

Kredit portfelindəki müsbət dinamika faiz gəlirlərinə də təsir göstərib. Bankın faiz gəlirləri 14.4% artaraq, 26.95 mln. manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 9.2 mln. manata çatıb.

Depozit portfelinin həcmində artım

Cari ilin ikinci rübü üzrə depozit portfelinin həcmi 196.04 mln. manata yüksəlib. Portfelin 155.45 mln. manatını fiziki şəxslərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.

Qeyd edək ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir. 

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər