“Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də ExpressPay ödəniş terminalları vasitəsilə istənilən an artıra bilərsiniz. ExpressPay ödəniş terminalları bankın bütün 17 filialında mövcuddur.
“Mücrü” əmanəti 1,2,3 illik müddətə bankda yerləşdirilə bilər, əmanətin maksimal illik faiz dərəcəsi 12% təşkil edir. Hesabı açmaq üçün minimal məbləğ 100 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 50 AZN/USD/EUR təşkil edir.
Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.