25 C
Baku
Saturday, June 14, 2025

Expressbank-ın İdarə Heyətinə təyinat olub

Expressbank ASC-də yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, Fuad Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddət ərzində bank sektorunda bir sıra məsul vəzifələrdə çalışaraq, maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl “Unibank”da Baş Maliyyə İnzibatçısının müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, o, 2017–2020-cü illər ərzində Expressbank-da Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.

Fuad Məmmədli ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə tamamlayıb.

Yeni təyinatın Expressbank-ın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

 

Son xəbərlər
Digər xəbərlər