5 C
Baku
Thursday, February 22, 2024

Expressbank-ın manatla olan vəsaitlərə ehtiyaci var – Depozit faizlərin artırdı

“Expressbank” ASC standart əmanət növlü məhsulunun faizini qaldırıb.

Bu barədə məlumatı Banker.az-ın monitorinq qrupu yazır.

Qrup bildirir ki, “Expressbank” “Klassik” əmanət növünün manatla qəbulunun ödəniş faizini qaldırıb.

Məsələn, 12 ay müddətinə qəbul etdiyi illik ödəniş faizini (müddətin sonunda götürdükdə) 10,4%-dən 11,4%-ə qədər qaldırıb. Bank xarici valyuta – ABŞ dollarında isə 1,5%-də illik ödəniş faizini dəyişməz saxlayıb.

Qeyd edək ki, bu depozit məhsulunun minimum məbləği 500 manatdan başlayaraq götürülür və 24 ay müddətinə qədər nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər