“Expressbank” ASC standart əmanət növlü məhsulunun faizini qaldırıb.
Bu barədə məlumatı Banker.az-ın monitorinq qrupu yazır.
Qrup bildirir ki, “Expressbank” “Klassik” əmanət növünün manatla qəbulunun ödəniş faizini qaldırıb.
Məsələn, 12 ay müddətinə qəbul etdiyi illik ödəniş faizini (müddətin sonunda götürdükdə) 10,4%-dən 11,4%-ə qədər qaldırıb. Bank xarici valyuta – ABŞ dollarında isə 1,5%-də illik ödəniş faizini dəyişməz saxlayıb.
Qeyd edək ki, bu depozit məhsulunun minimum məbləği 500 manatdan başlayaraq götürülür və 24 ay müddətinə qədər nəzərdə tutulur.