23 C
Baku
Friday, September 30, 2022

Expressbank-ın plastik kartları ilə “Kartla ödə, kartla qazan” lotereyasına qoşulun!(R)

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı 1 fevral tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verib.

Expressbank- ın plastik kart istifadəçiləri də istənilən POS terminal vasitəsi ilə minimum 5 manat məbləğində nağdsız ödəniş etdikdə bu lotereyanın iştirakçısı olurlar!

Fevral, mart və aprel aylarında keçiriləcək lotereyada Expressbank-ın plastik  kartları vasitəsi POS-terminallarda nağdsız əməliyyat aparan hər bir müştəri bir şans qazanır.  Lotereyanın uduş məbləği 50 (əlli) manat təşkil edir və qalib şəxsin kart hesabına daxil edilir. Daha çox əməliyyat daha çox şans deməkdir.

Expressbank- ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

 

Son xəbərlər
Oxşar xəbərlər