28 C
Baku
Thursday, July 25, 2024

Expressbank karyera sərgisi keçirib

®Expressbank növbəti karyera sərgisini keçirib. Namizədlərin böyük marağına səbəb olan tədbir Bankın Baş filialında təşkil edilib. Sərgi müddətində iştirakçılar mövcud vakansiyalar ilə tanış olub, seçilmiş namizədlər üçün Bankın əməkdaşları tərəfindən ekspress müsahibə keçirilib. Həmçinin sərgi iştirakçıları üçün müxtəlif müsabiqələr təşkil edilib.

Qeyd edək ki, sərgidə iştirak edən namizədlər sırasından Expressbank komandasına yeni əməkdaşlar da qoşulub.

Siz də karyeranızı Expressbank-da qurmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyalarla tanış ola və sizə uyğun vakansiya üzrə müraciət edə bilərsiniz.

Expressbank ASC Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, “132” məlumat mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

001 1 002 1 003 1

 

Son xəbərlər
Digər xəbərlər