Expressbank 2025-ci ilin lll rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6%-ə yaxın artaraq 530 mln 591 min manatı ötüb. Qeyd edək ki, kredit portfelinin böyüməsində biznes kreditlərinin əhəmiyyətli artımı təsir faktorlarından biri olub. Belə ki, bankın biznes kreditləri ötən ilin sonu ilə müqayisədə 10%-dən çox artaraq 182 milyon manatı ötüb.
2024-cü ilin 3-cü rübü ilə müqayisədə bankın faiz gəlirləri 22%-dən çox artaraq 60 mln 657 min AZN təşkil edib.
Expressbank etibarlı maliyyə qurumu olaraq ötən rübü depozit portfelinin də artımı ilə başa vurub. Bank fiziki şəxslərin depozitlərinin 26%-ə yaxın artım göstərərək 254 mln 494 min manatadək böyüdüyünü bəyan edib. Bununla da bankın ümumi depozit portfeli 13%-dən çox artaraq 296 mln 610 min manatı ötüb.
Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə “Expressbank” ASC-ni yenidən qiymətləndirərək Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
“Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
“Expressbank” – İşiniz rahat getsin!