9 C
Baku
Thursday, December 12, 2024

Expressbank maliyyə göstəricilərini açıqladı

Expressbank-ın aktivləri 1 iyul 2015-cü il tarixinə 275,5 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 41,8 mln. manat və ya 22,3% artaraq 229,5 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2015-ci il tarixinə 100,9 mln. manat olub.

Əhalinin əmanətlərinin həcmi isə 53,4 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 11,4% çoxdur.

Bankın 1 iyul 2015-ci il tarixinə məcmu kapitalı isə 140,5 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər