13 C
Baku
Saturday, November 23, 2024

“Expressbank” mikrokredit portfelini ötən il 11% böyüdüb

“Expressbank” ASC ötən il mikro kredit portfelini 2 milyon 678 min manat, yaxud 11% böyüdüb.

Banker.az bunu bankın illik audit hesabatına istinad edir.

Hesabata görə, bankın mikro kreditlər üzrə portfeli 2023-cü ilin əvvəlində 24 milyon 902 min manatdan 27 milyon 580 min manata yüksəldib.

Mikrokreditlər üzrə vaxtı keçmiş hissəsi çox aşağıdır. Portfelin cəmi 566 min manatı vaxtı keçmiş kreditlərdir.

Qeyd edək ki, “Expressbank” 2023-cü ildə ümumi kredit portfelini 38% böyüdərək 412.98 mln. manata yüksəldib.

Son xəbərlər
Digər xəbərlər