28 C
Baku
Saturday, August 13, 2022

“Expressbank” növbəti şəhid ailəsinə dəstək oldu

®“Expressbank” daha öncələri olduğu kimi, bu dəfə də Özünüməşğulluq Proqramı çərçivəsində aztəminatlı və əhalinin həssas qrupundan olan vətəndaşların məşğullunun təmin edilməsinə xüsusi önəm verir. Bu yanaşmanı əsas tutan bank, daha bir şəhid ailəsinə dəstək olunmuşdur. Özünüməşğulluq Proqramına müraciət etmiş şəhid anası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbə sakini Hüseyinova Nəzakət Məcid qızının məşğulluğunun təmin edilməsi üçün “Expressbank” tərəfindən avtotəmizləmə avadanlıqları təqdim edilmişdir.

“Expressbank” proqram çərçivəsində indiyədək 42 vətəndaşı müxətlif istiqamətlər üzrə məşğulluq avadanlıqları ilə təmin etmiş və bundan sonra da digər vətəndaşlara dəstəyini davam etdirəcəkdir.

Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi,  Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı Memorandum əsasında davam edir.

Son xəbərlər
Oxşar xəbərlər