-1 C
Baku
Sunday, December 15, 2024

Expressbank plastik kartlarının istifadə müddətini uzatdı®

Ölkəmizdə və dünyada koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar  müşahidə olunan gərgin vəziyyətdə Expressbank müştərilərinin səhhətini diqqət mərkəzində saxlamağa davam edir. Bank müştərilərinə nağdsız ödənişlərə üstünlük verməyi tövsiyyə edərək, banka gəlmə ehtiyaclarını azaltmaq məqsədi ilə mart, aprel və may aylarında istifadə müddəti bitən plastik kartlarının müddətinin iyul ayının 31-dək uzadılması haqqında məlumat yayıb. Ödəniş kartlarının istifadə müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılır. Müştərilər bu kartlar ilə həm POS terminal və online kanallar vasitəsi ilə ödənişlərini reallaşdıra, həm də ATM-lərdən pulu nağdlaşdıra bilərlər.

Expressbank öz müştərilərinin ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ online kanallarından istifadə etməyi tövsiyə edir:

Fiziki şəxslər üçün Express24 mobil əlavəsi

Yükləmə linki: https://www.expressbank.az/express24-app

Hüquqi şəxslər üçün internet banking xidmətləri:

Link: https://www.express24.az/

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər