Ölkəmizin ilk kommersiya banklarından biri olan Expressbank, 2019-cu ilin yekunlarına əsasən, POS-terminal vasitəsilə plastik kartlarla aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə Mərkəzi Bank tərəfindən “Təmassız ödənişlər üzrə lider bank” nominasiyası üzrə qalib elan olunmuşdur.
2013-cü ildən başlayaraq hər il Mərkəzi Bank tərəfindən, ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə müxtəlif meyarlar üzrə aktiv banklar seçilərək mükafatlandırılır.
Expressbank-dan verilən məlumata görə, təmassız ödəniş sistemlərinin bankın bütün plastik kartları tərəfindən dəstəkləndiyi bildirilmişdir. Bankın müştəriləri nağdsız ödənişləri reallaşdırarkən həm də ölkədaxili istənilən ödənişlərdən 30%-dək cashback də qazanırlar.
Ölkəmizdə və dünyada koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar müşahidə olunan gərgin vəziyyəti nəzərə alaraq Expressbank müştərilərinə bir daha təmassız nağdsız ödənişlərə üstünlük verməyə tövsiyyə etdiyini bildirmişdir. Nağdsız ödənişlərin həm daha sərfəli, həm də daha təhlükəsiz olduğu bank tərəfindən bir daha vurğulanmışdır.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.