26 C
Baku
Saturday, July 27, 2024

“Expressbank” rübü müsbət göstəricilərlə tamamladı: depozit portfeli 32% böyüdü

“Express Bank” ASC-nin cəmi aktivləri 3 ay ərzində 15.3 mln. manat, yəni, 5,5% artaraq 295,4 mln. manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə bankın 2017-ci ilin ilk 9 ayına olan hesabatında deyilir.

Hesabat dövrünə əhali əmanətləri 22,5 mln. manat məbləğində artmışdır. Bankın depozit portfeli ötən rüblə müqayisədə cari ilin 3-cü rübü 32% artaraq 129,3 mln. manat olub. Bankın öhdəlikləri artaraq 152,7 mln. manat olub.

Kredit portfeli ilin əvvəli ilə müqayisədə azalaraq 165,7 milyon manata kimi enib. Portfelin problemli hissəsi 3,7%-dən 3,5%-ə enmişdir. Plastik kartların istifadəçilərinin sayı 85 mini keçmiş (illik artım 23%), gəlirlik isə 18% artmışdır.

Bankın cəmi kapitalı 1 milyon manat azalaraq 142,7 milyon manat olub.

Expressbank-ın ümümi gəliri 2017-ci ilin ilk 9 ayında 19,3 milyon manat olub ki, bunun da 828 min manatı mənfəətdir.

Banka məxsus olan və Respublikanı əhatə edən Expresspay şəbəkəsinin dövriyyəsi illik 2 dəfədən çox artaraq 65 mln. manatı keçmişdir

Son xəbərlər
Digər xəbərlər