16 C
Baku
Friday, September 26, 2025

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

®Korporativ sosial məsuliyyətinə hər zaman ciddi yanaşan Expressbank əhalinin maliyyə savadlılığının artırılması istiqamətində növbəti tədbir həyata keçirib.

Belə ki, Bankın Təlim-tədris Mərkəzində mikro sahibkarlara özəl “Maliyyə savadlığı” təlimi keçirilib. Bankın Mikro kreditlər şöbəsinin rəhbəri, təlimçi Yaşar Cabarovun təqdimatında baş tutan təlim çərçivəsində kiçik biznes sahiblərinə şəxsi və biznes büdcəsinin idarə olunması, maliyyə planlaşdırılması, gəlir və xərclərin effektiv bölgüsü, bank məhsullarından düzgün istifadə, həmçinin risklərin idarə olunması mövzularında faydalı məlumatlar təqdim edilib.

İnteraktiv şəkildə keçirilən təlimdə iştirakçılar suallarını ünvanlayaraq real biznes nümunələri əsasında müzakirələr aparıblar. Onlara maliyyə qərarlarının daha sağlam əsaslarla verilməsi üçün praktiki tövsiyələr verilib.

Expressbank gələcəkdə də sahibkarlarla yanaşı, əhalinin müxtəlif qruplarının maliyyə biliklərinin artırılmasına, onların biznes fəaliyyətində dayanıqlı inkişafının dəstəklənməsinə yönəlmiş maarifləndirmə tədbirlərini davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, “Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə http://www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

“Expressbank” – İşiniz rahat getsin!

Son xəbərlər
Digər xəbərlər