21 C
Baku
Monday, May 27, 2024

Expressbank Türkiyəyə 50 000 ABŞ dolları ianə etdi

®Expressbank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 50 000 ABŞ dolları ianə etdi.

Yardım vəsaiti Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

Qeyd edək ki, zəlzələnin baş verdiyi ilk günlərdən Expressbank yardım məqsədilə AFAD rəsmi fonduna köçürmələri komissiyasız həyata keçirir. Həmçinin ianələri Express24 mobil tətbiqi vasitəsilə də etmək mümkündür. Bunun üçün tətbiqdə “Hökümət ödənişləri” bölməsini seçib AFAD və ya Qızılı Aypara Cəmiyyəti hesabına köçürmə edə bilərsiniz.

Expressbank haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi veb saytındanFacebookInstagram səhifələrindən və 132 Məlumat Mərkəzindən əldə etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər