23 C
Baku
Friday, June 6, 2025

Expressbank Vətən Müharibəsi iştirakçılarının övladları üçün tədbir keçirdi

®Expressbank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 44 Günlük Vətən Müharibəsi şəhidlərinin və qazilərinin övladlarını bir araya toplayıb.

… xəbər verir ki, Expressbank Vətən Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsinin 5-ci ildönümünə həsr olunan “Suverenliyin varisləri” adlı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Şəhid və qazilərin övladları üçün əyləncəli və maarifləndirici tədbir təşkil edib.

Tədbir Şəhidlərimizin ruhuna ehtiram bildirən bir dəqiqəlik sükut və ardınca Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Layihə çərçivəsində uşaqlar üçün rəngarəng əyləncə proqramı və maarifləndirici seminar keçirilib. Belə ki, Bankın Korporativ Hüquq şöbəsinin rəhbəri Hafiz Bədəlov tədbir iştirakçılarına “Uşaq hüquqları” və “Uşaq hüquqlarının müdafiəsi yolları” haqqında ətraflı məlumat verib.

Tədbirin yekununda uşaqlara Bank tərəfindən müxtəlif hədiyyələr, habelə milli-mənəvi dəyərlər mövzusunda maarifləndirici kitab dəsti hədiyyə edilib.

Bank tərəfindən verilən məlumatda bildirilib ki, tədbirdə 100-ə yaxın iştirakçı olub.

Qeyd edək ki, Expressbank hər zaman dövlətimizin mövqeyini örnək götürərək Şəhid övladlarına yönəlik tədbirlərdə aktiv dəstək göstərib. Belə ki, ötən ilin oktyabr ayında YAŞAT fondu tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə təşkilatçılıqla həyata keçirilən “Xeyriyyə Yarmarkası”nda şəhid övladlarının təhsili üçün 30 000 AZN ianə edib.

#HumanRightsMonth #İnsanHüquqlarıAylığı

A42A4502 scaled

A42A4299 scaled

Son xəbərlər
Digər xəbərlər