22 C
Baku
Friday, September 20, 2024

Expressbank yeni filialını açdı

Expressbank-ın Elmlər Akademiyası metro stansiyasının yaxınlığında yeni Elmlər filialı fəaliyyətə başlayıb. Yeni filial Bakı Dövlət Universiteti ilə üzbəüz, F. Ağayev küçəsi, 5 ünvanında yerləşir.

“Expressbank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində yeni filialını müştərilərin istifadəsinə verdi. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də gediş-gəlişin asan olması məqsədilə metro stansiyasının yaxınlığında fəaliyyətə başlayıb. Bankın Elmlər filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir”, – deyə, Expressbank-ın Biznesin İnkişafı departamentinin direktoru Mehriban Ocaqquliyeva bildirib.

 

Expressbank-ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər