32 C
Baku
Tuesday, July 23, 2024

“Expressbank”da təyinatlar olub

“Expressbank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik edilib.

Banker.az xəbər verir ki, səhmdarların qərarına əsasən Anar Hacızadə Fuad oğlu Audit Komitəsinin sədri təyin edilib.

Ona qədər bu vəzifədə Rüfət Nağıyev Ramiz oğlu idi. O isə Audit Komitəsinin üzvü seçilib.

Anar Hacızadə həmçinin bankın Müşahidə Şurasının üzvüdür.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.54 milyon manatdır. Bankın səhmlərinin 48.8 %-i “Azenco Group”a, 30.8%-i “Enerqoservis” MMC-yə, 20%-i Hafiz Seyidova, 0.4%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər