“Expressbank” ASC-nin iki departamentinə direktor təyin edilib.
Banker.az-a verilən xəbərə görə, Fuad Muradəliyev bankın Maliyyə departamentinə və Samirə Qəhrəmanova Risklərin idarəedilməsi departamentinin direktoru təyin edilib.
Qeyd edək ki, Fuad Muradəliyev ötən aya qədər “Bank of Baku” ASC-nin İdarə Heyətinin üzvü, Samirə Qəhrəmanova isə “Yelo Bank” ASC-də çalışıb.