“Expressbank” ASC-nin Biznes Bankçılığı departamentinə yeni direktor təyin edilib.
Banker.az xəbər verir ki, yeni vəzifə Fədail Məmmədova həvalə edilib.
O, 2024-cü ilin dekabr ayından bu təyinata kimi “Expressbank” ASC-nin Risklərin İdarə Edilməsi departamentinin direktoru olub.
Fədail Məmmədov 2022-ci ilin noyabrından 2024-cü ilin dekabrına kimi “Expressbank”da Kredit riski üzrə anderraytinq şöbəsinin rəhbəri, 2020-ci ilin oktyabr ayından 2022-ci ilin noyabr ayına kimi “Kapital Bank”da Kredit Riski Anderrayter Departamentində baş mütəxəssis, 2019-2020-ci illərdə “Yapı Kredi Bank”da Kredit Riskinin Anderraytinqi Departamentində aparıcı mütəxəssis, 2018-2019-cu illərdə isə “PAŞA Bank”da kredit analitiki kimi çalışıb.
O, 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibatlıq və Maliyyə” üzrə bakalavr dərəcəsinə yiyələnib.
Əlavə olaraq, Fədail Məmmədov ABŞ da yerləşən, dünya investisiya və maliyyə sahəsində ən nüfuzlu CFA (Chartered Financial Analyst) proqramının Level I və Level II mərhələlərini uğurla tamamlayıb.
Eyni zamanda, ABŞ-da fəaliyyət göstərən Global Association of Risk Professiinals (GARP) təşkilatının təqdim etdiyi Financial Risk Manager (FRM) proqramının Level I mərhələsini uğurla keçmişdir.





