“Expressbank” ASC-nin Expresspay şöbəsinin müdiri vəzifəsinə Əli Qarayev təyin edilib.
Banker.az bildirir ki, bankdan mənbəyə verilən məlumata görə, o, bu vəzifədə Valid Sadıxovu əvəz edib.
Bundan başqa Satınalama və texniki təminat şöbəsinin müdiri Sevinc İsayeva öz istəyi ilə tutduğu vəzifədən gedərək fəaliyyətini Sumqayıt Texnologiyalar Parkında davam etdirəcək. Onun yerinə təyinat haqqında məlumat bank tərəfindən yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, “Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru Emin Məmmədov həmdə “Expressbank”ın Müşahidə Şurasının sədridir.
Finans.az