13 C
Baku
Saturday, May 18, 2024

“Expressbank”ın aktivləri 256,5 milyon manata çatıb

Bu ilin əvvəlindən “Expressbank”ın aktivləri 28,3 milyon manat artaraq 256,5 milyon manata çatıb.

“Expressbank”dan  verilən məlumata görə, həmin dövrdə müştərilərə verilən kreditlərin həcmi 18,7 milyon manat (10,4 faiz) artaraq 199,1 milyon manat, bankın depozit portfeli 13,9 faiz artaraq 112,8 milyon manat təşkil edib.

İyulun 1-nə olan məlumata görə, əhalinin əmanətləri 47,9 milyon manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz çoxdur. Bank ilin birinci yarısını 6,4 milyon manat xalis mənfəətlə başa vurub.

“Expressbank” 112,3 milyon manat nizamnamə kapitalı ilə ölkə bankları arasında bu göstərici üzrə ilk beşlikdə yer alır. Hazırda bankın 3589 “Pos-terminal”, 73 ATM və 37 “ExpressPay” ödəniş terminalları şəbəkəsi əhaliyə xidmət göstərir. 

AzərTAc

Son xəbərlər
 ⁠
Digər xəbərlər