13 C
Baku
Friday, November 22, 2024

“Expressbank”ın aktivləri yarım milyardı ötdü – 2023 maliyyə hesabatı

®Expressbank 2023-cü ilin yekun maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, Bank 2023-cü ildə 12 mln. manat xalis mənfəət əldə edib, aktivlərinin həcmi isə 28% artaraq, 560,2 mln. manat təşkil edib.

Müsbət dinamika Bankın kredit portfelində də əksini tapıb. Belə ki, Expressbank ötən il ərzində müştərilərinə 409,3 mln. manat kredit verib. Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37.8% artım deməkdir. Ümumi portfelin kredit növlərinə görə göstəriciləri aşağıdakı kimidir: 

  • istehlak kreditləri 18.8% artım ilə 189.4 mln. manat;
  • biznes kreditləri isə 18.3% artım ilə 113.4 mln. manat;
  • daşınmaz əmlak kreditləri 154% artım ilə 106.5 mln. manat.

Depozit portfeli

Ötən il müştərilərinin “Expressbank”a əmanət etdikləri məbləğ 19% artaraq, 230.4 mln. manat təşkil edib. Portfelin 152.2 mln. manatını fiziki şəxslərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.

Faiz və qeyri-faiz gəlirləri

Bankın faiz gəlirləri 19.5% artaraq, 57.7 mln. manata yüksəlib. Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri və ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri təşkil edib. Qeyri-faiz gəlirləri isə 18.9 mln. manata çatıb.

Həmçinin hesabat dövründə Bankın əməliyyat mənfəəti də 16% artaraq 18.5 mln. manat təşkil edib. 

Bankın 2023-cü ildə daha bir uğuru isə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən reytinqinin bir daha “B” səviyyəsində təsdiqlənməsi və reytinq proqnozunun “Stabil”dən “Pozitiv”ə yüksəldilməsidir.

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. 2024-cü ildən isə filial şəbəkəsini genişləndirəcək.

Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Expressbank – İşiniz rahat getsin!

Son xəbərlər
Digər xəbərlər