17 C
Baku
Cümə, May 20, 2022

“Expressbank”ın Audit Komitəsinə yeni təyinat

“Expressbank” ASC-nin Audit Komitəsinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bank səhmdarlarının qərarı ilə, Cavadov Əfqan Şirin oğlu Audit Komitəsinin üzvi seçilib.

Qeyd edək ki, hazırda bankın audit komitəsinin sədri Nağıyev Rüfət Ramiz oğludur. Komitənin digər üzvü isə Məmmədova Esmira Ələsgər qızıdır.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Institutun “Mühasibat uçotu və Audit” fakültəsini bitirib. İş fəaliyyətinə 1999-cu ildən mühasib kimi başlamış və müxtəlif şirkətlərdə çalışaraq baş direktorun müavini vəzifəsinədək yüksəlmişdir. 06 Mart 2020-ci il tarixindən “Expressbank” ASC-nin Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb. Səhmdarların növbədənkənar ümumi yığıncağının 30.06.2020-ci il tarixli qərarı ilə Əfqan Cavadov Müşahidə Şurasının sədri təyin edilib.

Audit Komitəsi – Bankın Audit Komitəsi üç nəfər üzvdən ibarətdir. Komitənin üzvləri Müşahidə Şurası tərəfindən 3 ildən çox olmayan müddətə seçilir. Müşahidə Şurası Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı muzdlu formasında Müşahidə Şurası tərəfindən təyin edilir. Audit Komitəsi bankın strategiyasını və audit siyasətini müəyyən edir, daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair Müşahidə Şurasına təkliflər verir, MB-nin normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Son xəbərlər
Oxşar xəbərlər