10 C
Baku
Tuesday, November 26, 2024

“Expressbank”ın debit kart sayı 70% artıb®

Azərbaycanda nağdsız hesablaşmaların həcminin artırılması ilə bağlı dövlət tərəfindən son dövrlərdə mühüm tədbirlər reallaşdırılır.  Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə 2018-ci ildə nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanan Expressbank da bu yöndə davamlı müsbət addımlar atır.

Bu gün mövcud bazarda nağdsız ödənişlər sahəsində əsas vasitələr POS-terminallar və plastik kartlardır. Müştərilərə müasir ödəniş imkanlarını təqdim edən Expressbank-ın statistik məlumatlarına nəzər yetirdikdə məlum olur ki, ölkə daxilində quraşdırılmış Pos – terminalların sayında bu ilin ikinci rübünə 10% artım müşahidə edilib. Ümumilikdə isə dövriyyədə olan Pos- terminalların 70% -i 50 AZN-dək təmassız ödənişləri dəstəkləyir. Bu isə müştərilərlə yanaşı ticarət və xidmət müəssisələrində kartla nağdsız ödənişlərin daha sürətlə qəbulu üçün şərait yaradır. Expressbank-ın bütün plastik kartları Mastercard Contactless / VISA payWave sistemlərini dəstəklədiyi üçün bu xidmətdən hər kəs faydalana bilir. Təsadüfi deyildir ki, 2018- ci ildə Bank “Təmassız pos- terminal infrastrukturu üzrə lider bank” nominasiyasında ikinci yerlə təltif edilmişdir.

Eyni artım Expressbank-ın plastik kartlarına da şamil edilir.  Dövriyyədə olan debit kart sayı ötən ilin rəqəmləri ilə müqayisədə 70% artıb. Buna paralel olaraq nağdsız əməliyyatlar üzrə dövriyyədə 75% artım müşahidə edilmişdir. Bununla kifayətlənməyərək bank müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün elektron ticarətin inkişafı istiqamətində addımlar atmaqda davam edəcək. 

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 

 

Son xəbərlər
Digər xəbərlər