2 C
Baku
Saturday, December 14, 2024

“Expressbank”ın İdarə Heyətinə yeni təyinat olub

“Expressbank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bankın səhmdarlarının qərarına əsasən, 16 mart 2022-ci il tarixindən Rüfət Mürşüdlü Çingiz oğlu “Expressbank”ın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı vəzifəsinə təyin olunub.

18 aprel 1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İnzibati idarəetmə, İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil almışdır. 2008-ci ildən bank sistemində çalışır. 13 sentyabr 2010-cu ildən “Expressbank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

Ailəlidir, 2 övladı var.

Son xəbərlər
Digər xəbərlər