“Expressbank” ASC-nin Müşahidə Şurasının üzvləri siyahısında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, səhmdarların qərarına əsasən Fuad Məmmədov Yaşar oğlu Müşahidə Şurasının üzvü seçilib.
O bu vəzifədə Ələsgər Məmmədəliyev Balakişi oğlunu əvəz edib.
F.Məmmədov buna qədər Bankın Korporativ hüquq şöbəsinin müdiri idi.
Hazırda Müşahidə Şurasına Əfqan Cavadov sədrlik edir. Müşahidə Şurasının digər üzvü isə Anar Hacızadədir.