15 C
Baku
Saturday, October 19, 2024

“Expressbank”ın səhmdarı bankdakı payını satıb

Fiziki şəxs olan səhmdarı “Expressbank” ASC-də payını satıb.

Banker.az xəbər verir ki, o, 19,5%-lik paya sahib idi və onun payını “Enerqoservis” MMC və Hafiz Seyidov alıblar.

“Enerqoservis” MMC-nin payı 21.6%-dən 30.9%-ə və Hafiz Seyidovun payı isə 9.8%-dən 20%-ə çatıb.

Expressbank səhmlərinin qalan 49.2%-i “Azenco Group” MMC-yə (48,8%) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə (0,.%) məxsusdur.

Expressbank 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb. Bank 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.54 milyon manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər