25 C
Baku
Sunday, October 6, 2024

ExpressClub-dan “İkiqat Cashback” festivalı davam edir!  

İlk dəfə keçirilən «İkiqat cashback» festivalı davam edir. Belə ki, daim müştərilərini yeni tərəfdaşlar və kampaniyalarla sevindirən ExpressClub layihəsi çərçivəsində 27 noyabrdan başlayaraq dekabrın 4-dək davam edəcək festival ərzində Expressbank-ın plastik kart sahibləri xüsusi tərəfdaşlarda alış-veriş edərkən ikiqat “cashback” qazanacaqlar!

İkiqat cashback qazandıracaq tərəfdaşlar sırasında Lk benett, Ltb, Oasis, Parad, Broccolini, Ramsey, Salamander, Suwen, Tozlu baku, Tiffany and tomato, Yamamay, Rodrigo, Agat və bir sıra digər tərəfdaşlar var. ExpressClub üzrə tərəfdaşlar siyahısı daim yenilənir və artır. Müştərilər üçün yeni istifadəyə verilmiş www.expressclub.az saytı vasitəsi ilə istənilən şəxs həm ExpressClub üzrə bütün tərəfdaşların siyahısı, həm də ikiqat “cashback” qaytaracaq tərəfdaşlar siyahısı ilə tanış ola bilər.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür

ExpressClub tərəfdaşlar şəbəkəsi və “cashback” xidməti barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya ExpressClub-un rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/expressclubaz/) daxil ola bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər