10 C
Baku
Wednesday, November 27, 2024

ExpressClub layihəsinin inkişafı bölməsi / müdir – Expressbank

Vəzifə: ExpressClub layihəsinin inkişafı bölməsi / müdir

Vəzifə öhdəlikləri:

– Yeni tərəfdaşların banka cəlb edilməsində birbaşa iştirak edir;
– Zəruri hallarda, bölmənin işçiləri ilə birlikdə görüşlərdə iştirak edir;
– Rəhbərlik tərəfindən təsdiq edilmiş bölmənin aylıq və illik planının həyata keçirilməsini təmin edir;
– Strateji tərəfdaşlarla qarşılıqlı əlaqələri qurur;
– Bölmənin işçiləri tərəfindən təqdim edilmiş hesabatlar əsasında şöbə müdirinə cari , aylıq , rüblük və illik hesabatları təqdim edir;
– Şöbənin və bölmənin fəaliyyəti ilə bağlı layihələrin hazırlanmasında iştirak edir;
– Təsdiq olunmuş metodiki göstərişə / prosedura əsasən bölməyə aid olan mövcud və yeni layihələrin aparılmasını təmin edir;
– Departament direktoru , direktor müavini və şöbə müdirinin verdiyi göstərişləri və Bankın normativ sənədləri ilə müəyyən edilmiş digər funksiyaları yerinə yetirir.

Tələblər:

– Ali təhsil;
– Satış sahəsində minimum 3 ilə yaxın iş təcrübəsi;
– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı , ingilis dili arzuolunandır;
– Ünsiyyət qurmaq bacarığı;
– Təklif olunan məhsul və xidmətlərin satışını təmin etmək bacarığı;
– Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Biz sizə nələr təklif edirik:

– Azərbaycanın aparıcı banklarının birində iş;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri;

E – mail : [email protected]

Son xəbərlər
Digər xəbərlər