-3 C
Baku
Sunday, December 15, 2024

ExpressPay terminalları sürətlə inkişaf edir

ExpressPay ödəniş terminallarına müştərilərin rahatlığı məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalına qoşulub. Müştərilər Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu üzrə xidmət, inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər.

“ExpressPay terminallarında dövlət qurumlarının 110-dan artıq xidməti üzrə ödənişlər etmək olar və bu rəqəm gün-gündən artmaqdadır. Yaxın günlərdə Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Yol Polisi və digər qurumların müvafiq ödənişlərini də terminallar vasitəsilə ödəmək mümkün olacaq” – deyə, Expressbank-ın Elektron Ödənişlərin Prossesinqi və İnkişafı departamentinin direktoru Teymur Ağakişiyev bildirib.

 

Ödəniş terminallarında həmçinin Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

ExpressPay ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər