Extra Card kart nədir və onun üstünlükləri barədə

Azərbaycan Sənaye Bankı Mətbuat xidməti

Azərbaycan hökuməti nağdsız ödənişlər bazarının inkişaf etdirilməsi ilə bağlı davamlı olaraq tədbirlər həyata keçirməkdədir. Bu sahədə ASB Bank hansı addımlar atıb?

ASB Bank, Azərbaycan bank sistemində ilk dəfə olaraq Milli Kart prosessinq mərkəzi, Mastercard və SmartSoft şirkətinin əməkdaşlığı ilə plastik kartlarda taksit sisteminin tətbiqini uğurla həyata keçirmişdir. ASB Bankın yeni taksit kart məhsulu “Extra Card” adlanır. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya məhsulların dəyərini 12 ayadək, faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.

Extra Card layihəsinin həyata keçirilməsi ilə birlikdə Azərbaycanda ilk dəfə olaraq online rejimdə işləyən kartlı ödəniş sistemi tətbiq edilmişdir.Bunun nəticəsində müştərilərimiz vahid bir bank hesabı ilə bütün bank xidmətlərimizdən yararlana bilirlər. Müştərilərimiz taksit sistemi ilə hissələrlə ödəmə imkanından əlavə ödəmələrinə görə bonus qazanma və qazanılan bonusları məhdudiyyətsiz olaraq xərcləmə imkanı da əldə edirlər. Kartlı ödəniş sektorunda yeni bir dövr başladacağına inandığımız Extra Card, eyni zamanda dövlət proqramına əsasən Azərbaycanda nağdsız ödəmələrin inkişafına da təkan verəcəkdir.

Extra Card məhsulunun bazara təqdim edilməsi ilə yanaşı Bankımız plastik kart məhsulları ilə bağlı yeni bir kampaniyaya da start vermişdir. Bu kampaniya çərçivəsində plastik kart əldə edən müştərilərilərimizdən bir il boyunca illik xidmət haqqı alınmayacaqdır. Bununla da biz əhalinin nağdsız ödəniş sistemində keçərli olan imtiyazlardan daha rahat şəkildə yararlanmasına şərait yaratmağı qarşımıza məqsəd qoymuşuq.

– ASB Bank-ın plastik kartlarının sayı nə qədərdir? (debet və kredit kartlarının müqayisəli təhlili) kart infrastrukturu ilə bağlı hansı təşkilatlarla əməkdaşlıq edirsiniz?

31.05.2012 -ci il tarixinə ASB Bankın debit kartlarının sayı 22.086, kredit kartlarının sayı isə 3.871 olmaqla cəmi  kart sayı 25.957-dir. Kart sisteminin idarəsində və təkmilləşdirilməsində bankımız VISA, Master Card, Milli Kart və SmartSoft şirkəti ilə əməkdaşlıq edir və davamlı olaraq layihələr reallaşdırır.

Bankınız POS-terminalların quraşdırılması sahəsində vəziyyət necədir?

2011-ci ilin yekununda ASB Bankın POS terminallarının sayı 339 ədəd olmuşdur. Bankımızın bir öncəki ilin eyni  ayına görə POS dövriyyəsində 90% artım müşahidə olunmuşdur. 2012-ci ilin II rübünün sonunda ASB Bankın ümümi POS-terminallarının sayı 555 ədədə çatdırılmışdır.

Vətəndaşların POS-terminallardan və plastik kartlardan istifadə imkanlarını stimullaşdırmaq üçün ASB Bank hansı layihələri həyata keçirir?

Azərbaycan Sənaye Bankı mütəmadi olaraq plastik kart istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirmişdir. Bu tədbirlərdən sonuncusu İmişli rayon icra hakimiyyəti ilə birlikdə İmişli Mədəniyyət Mərkəzində keçirilmiş, tədbirdə 600-ə yaxın şəhər sakini iştirak etmiştir. Bu tədbirlərdə iştirakçılara ölkəmizdə və dünyada tətbiq edilən plastik kart növləri, debit və kredit kart xüsusiyyətləri, plastik kart təhlükəsizliyi, bankomatların işləmə mexanizmi ilə bağlı geniş seminar keçirilmiştir. Bankımız bundan sonrakı dövrdə də Azərbaycanda müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və inkişafı üzrə dövlət proqramına əsasən maarifləndirmə tədbirlərinin  keçirilməsini davam etdirəcəkdir.

Həmçinin Bankımız, hal-hazırda Prestige Club adlı endirim layihəsi həyata keçirməkdədir. 2011-ci ildən davam edən layihə çərçivəsində ASB Bankdan VİSA kartı olan Prestige kart sahibləri endirim şəbəkəsinə daxil olan xidmət və ticarət məntəqələrində POS terminallar vasitəsilə ödəniş etdikdə 10%-dan başlayaraq endirimler əldə edirlər. Habelə, 2011ci ilin Dekabr ayında Bankımız və TÜSİAB (Azərbaycan Türk Sənayeci və İşadamları Beynəlxalq Cəmiyyəti) arasında hər iki qurumun kartlı endirim sistemlərinin birləşdirilməsiylə bağlı razılıq protokolları imzalanmışdır. Belə ki, birgə layihə çərçivəsində ASB Bank “Prestige Club” kartlarına, eyni zamanda TÜSİAB kartlarına endirimlər hər iki güzəşt proqramına üzv olan ticarət və xidmət məntəqələrində qəbul ediləcəkdir. Bununla da birgə endirimlər təqdim edilən ticarət və xidmət məntəqələrinin sayı 100-ü keçmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, ödəniş zamanı endirim avtomatik həyata keçdiyindən kassir endirim faizi hesablamır. Bu əməliyyat POS terminal tərəfindən həyata keçirilir.

Bununla yanaşı Azərbaycanda qeyri-nağd ödəniş formalarından istifadənin artması üçün hər zaman aksiya və kampaniyalar keçirən ASB Bank öz ənənəsinə sadiq qalaraq 2012 yeni il ərəfəsində, Visa Classic kartlarını əlavə heç bir xərc olmadan endirimli olaraq təklif etmişdir. Bu kampaniya KIV-də geniş şəkildə işıqlandırılmış, daha çox insanın faydalanmasına şərait yaradılmışdır.

ASB Bankın yeni tətbiq etdiyi Extra Card-lar kart bazarında hansı üstünlüklərinə görə fərqlənir. Bu kartların nağdsız hesablaşmalar bazarında digər plastik kartlarla əsas fərqləri nədən ibarətdir?

2012-ci ilin iyun ayından etibarən start verilən Extra Card layihəsi çərçivəsində ASB Bank müştərilərinə Azərbaycanda ilk dəfə olaraq real vaxt rejimində kart xidməti göstərməyə başlamışdır. Bununla debit kart istifadəçilərimiz cari hesablarında olan dəyişiklikləri anında etmək imkanı əldə edirlər.

ASB Bankın həyata keçirdiyi taksit sistemi sayəsində plastik kart istifadəçiləri istehlak krediti əvəzinə daha çox münasib maliyyələşdirmə sistemi olan TAKSİT xidmətindən istifadə etməyə başlayıblar. Kart sahibləri almaq istədikləri məhsulları qiymətə heç bir əlavə olmadan, müəyyən olunmuş zaman ərzində hissələrlə və ən əsası olaraq faizsiz geri ödəmək imkanı əldə edirlər. Hal-hazırda ticarət məntəqələri ilə əldə etdiyimiz razılaşmalara əsasən kart sahiblərinə 2-12 ay müddətində taksitli alış-veriş etmə imkanı yaradılır.

Bankımızın həyata keçirdiyi bonus sistemi sayəsində Extra Card istifadəçilərinə həyata keçirdikləri alış-verişlər zamanı müəyyən nisbətdə bonuslar əldə etmək və yığdıqları bonusları məhdudiyyətsiz xərcləmək imkanı verilir. Eyni zamanda toplanmış bonusların nağd olaraq çıxarılması və ya Card2Card əməliyyatları istisna olacaq bütün əməliyyatlarda istifadəsi mümkündür. Hal-hazırda alış-veriş zamanı ödənişin birdəfəlik və ya taksitlə ödənilməsindən asılı olmayaraq Extra Card sahibləri 2-10% nisbətində bonus əldə etmə imkanına sahibdirlər.

Extra Card-ın ölkədə indiyə qədər analoqu olmayan beş əsas xüsusiyyətini sadalayaq:

  •      ilk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi;
  •      normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi;
  •     xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;
  •      tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi;
  •     filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi;

Həmçinin Extra Card ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.

ASB Bank plastik kartlardan istifadənin miqyasının genişlənməsi üçün digər hansı layihələr və güzəştləri tətbiq etmək niyyətindədir?

Bu il ərzində bütün plastik kartlardan illik xidmət haqqının alınmaması ilə yanaşı, debit kartlar vasitəsilə edilən Card2Card pul köçürmə əməliyyatları zamanı isə məbləğindən asılı olmayaraq 0.20 AZN xidmət haqqı tarifi tətbiq olunmağa başlamışdır. Debit kartlar ilə edilən nağd pulun çıxarılması əməliyyatları zamanı isə xidmət haqqı tutulmur. Bankımızın həyata keçirdiyi tədbirlər vətəndaşların kartlarla ödəniş etməsini stimullaşdırmaqdadır.

Təşəkkür edirik!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.