8 C
Baku
Wednesday, November 30, 2022

“Exxon Mobil Corp” şirkəti Rusiyanı tamamilə tərk edib

ABŞ-ın neft-qaz şirkəti “Exxon Mobil Corp” Rusiyanı tamamilə tərk edib.

Bu barədə “Reuters” şirkətin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Şirkət bildirib ki, Rusiya rəhbərliyi “Saxalin-1” neft-qaz layihəsindəki payını “birtərəfli qaydada ləğv edib”.

“Biz Rusiya hökuməti və digər iştirakçılarla əlaqə yaratmaq üçün hər cür səy göstərmişik”, – deyən nümayəndə bu prosedurun yerli bazardan “təhlükəsiz çıxış” olduğunu bildirib.

“Reuters” qeyd edib ki, “Exxon” dəyəri 4 milyard dollardan çox olan aktivlər üçün kompensasiya almaq barədə heç nə deməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X