26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“ExxonMobil” CO2 tullantılarının azaldılması texnologiyalarına 3 milyard dollar sərmayə yatırır

Screen Shot 2021 09 02 at 14.34.20

“Exxon Mobil Corp.” sırf karbon qazı (CO2) tullantılarının azaldılması texnologiyalarına diqqət yetirəcək bölmə yaradır.

“İnterfaks” xəbər verir ki, yeni bölmə olan “ExxonMobil Low Carbon Solutions” 2025-ci ilədək CO2 tutma və saxlama (carbon capture and storage, CCS) layihələrinə 3 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. İnvestisiya “ExxonMobil”in proqnozlaşdırılan illik kapital xərclərinin 3-4 %-i həcmində olacaq.

Şirkətin press-relizində qeyd olunur ki, “ExxonMobil” CCS texnologiyasının hazırlanmasında 30 ildən çox təcrübəyə malikdir və layihələri 120 milyon tondan çox CO2 yığan ilk şirkətdir, bu isə bir ildə 25 milyondan çox avtomobilin qaz tullantısına bərabərdir.

“CO2 tutma, habelə tullantıların azaldılması texnologiyaları sahəsində lider şirkət kimi “ExxonMobil” əlçatan enerji tələbini ödəməyə və tullantıların azaldılması strategiyasına sadiqdir”, – şirkətin baş icracı direktoru Darren Vuds deyib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər