-1 C
Baku
Saturday, December 14, 2024

“ExxonMobil” kapital xərclərini azaldıb

ABŞ-ın nəhəng enerji şirkəti “ExxonMobil” 2020-ci il üzrə kapital xərclərini azaldaraq 23 mlrd. ABŞ dolları səviyyəsində müəyyən edib.

“Reuters” agentliyinin verdiyi məlumata görə, şirkət ehtiyac olarsa, xərclərin yenidən azaldılacağını açıqlayıb.

“ExxonMobil”in bu il üçün kapital xərclərinin məbləği 33 mlrd. ABŞ dolları nəzərdə tutulurdu.

Şirkətin baş icraçı direktoru Darren Vuds bildirib ki, növbəti illər üçün xərclərin 30-35 mlrd. ABŞ dolları olması planlaşdırılırdı, amma 2021-ci il üzrə də xərclər azala bilər.

Şirkətin ötən ilki xərcləri 26 mlrd. ABŞ dolları təşkil edib.

©Report

Son xəbərlər
Digər xəbərlər